11:29 22 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
Sınıq Körpü sərhəd-buraxılış məntəqəsində vəziyyət

"Adrenalin" sürücüyə baha başa gəldi

© Sputnik / Hikmet Orhun
XƏBƏRLƏR
Qısa URL
103 0 0

Faktla bağlı araşdırma aparılır

BAKI, 31 yanvar — Sputnik. Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda saxlanılan, Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə,sorğu-sual vaxtı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsədə, gömrük baxışı zamanı avtomobilin mühərrikinin arxa hissəsində gizlədilən, üzərində "Adrenalin" yazısı olan 1490 ədəd ampula aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Əsas mövzular