"Azərbaycan əhalisi diplomsuzluqdan deyil, təhsilsizlikdən əziyyət çəkir"

© Sputnik / Murad OrujovСоучредитель компании GR8, бизнес-тренер, автор книги "КВАН" Джошгун Керимов
Соучредитель компании GR8, бизнес-тренер, автор книги КВАН Джошгун Керимов - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda gənc oğlanlar və ya gənc qızlar olduğundan daha yaxşı görünməyə çalışırlar

BAKI, 31 yanvar — Sputnik. Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində "Azərbaycanın müasir gəncliyini hansı problemlər narahat edir, onlar necə həll olunur, gənclər mühitində hansı proseslər gedir?" adlı dəyirmi masa təşkil olunub. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə çıxış edənlər mövzu ətrafında fikir mübadiləsi aparıblar. 

Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva bildirib ki, hazırda Azərbaycan gəncləri on il əvvəldən fərqli olaraq öz inkişaf yollarını müəyyən edə bilirlər və buna müstəqil qərar verirlər. 

© Sputnik / Murad OrujovКруглый стол на тему "Что больше всего волнует азербайджанскую молодежь"
Azərbaycan əhalisi diplomsuzluqdan deyil, təhsilsizlikdən əziyyət çəkir - Sputnik Azərbaycan
Круглый стол на тему "Что больше всего волнует азербайджанскую молодежь"

O qeyd edib ki, bunun da bir sıra səbəbləri var: "Ölkədə aparılan gənclər siyasətinin bu inkişafa təsirləri olduğu kimi, öz növbəsində liberal şərtlər gənclərin inkişafına şərait yaradır. Bugünkü gənclərimiz daha müstəqil və optimistdirlər. Doğrudur, hazırda sosial medianın yüksək inkişaf etdiyi dövrdə gəncləri pessimist əhvala istiqamətləndirən mənbələr də var".

"GR8" şirkətinin həmtəsisçisi, biznes-trener, "KVAN" kitabının müəllifi Coşqun Kərimovun fikrincə isə  bütün dünyada gənclərin problemi odur ki, onlar gənc yaşlarında bütün dünyanı düzəltməyə çalışırlar: "Bu da mümkün olmadığından onlar passiv pessimizmə düşürlər və həyat onlar üçün mənasızlaşır. Gənclərin 90%-nin demək olar ki, məqsədləri olmur. Onlar ilk addım atmağı, qərar verməyə çətinlik çəkirlər. Bizim cəmiyyətin ən böyük problemi odur ki, gənclər üçün yaxşı nümunələr olduqca azdır. Hədəfsiz gənclərin özünə bir mayak tapması olduqca önəmlidir". 

Человек, работающий с документами  - Sputnik Azərbaycan
"Hazırkı təhsil proqramı məntiq və kompetensiyalar üzərində qurulub"

AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, tarix elmləri namizədi, Rusiya Federasiyası Jurnalistlər İttifaqının və Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü Ülkər Mehdiyeva isə vurğulayıb ki, gənclərin peşə, ailə qurmaq kimi seçimlər zamanı sərbəst qərar verməsi olduqca önəmlidir. Əgər onların əvəzinə valideynləri qərar verirsə, bu, həmin gənclərin gələcək həyatına ciddi təsir edir.

O həmçinin qeyd edib ki, hazırda gənc oğlanlar və ya gənc qızlar olduğundan daha yaxşı görünməyə çalışırlar. Bu isə təqdirəlayiq hal deyil.

Gənc biznes təlimçi, “ORKHANWAY Coaching” şirkətinin təsisçisi Orxan Şahbazın sözlərinə görə isə Azərbaycan toplumu diplomsuzluqdan deyil, təhsilsizlikdən əziyyət çəkir: “Statistikaya baxsaq, əhalinin 90%-nin diplomunun olduğunu görürük. Lakin onların böyük əksəriyyəti, sadəcə diplomun nə işə yaradığını anlamır”.

Sonda dəyirmi masa iştirakçıları qeyd ediblər ki, Azərbaycan gəncliyi son 10 ildə böyük inkişaf yolu keçib. Onlar ötən ildə daha çox müstəqil düşünməyə, müstəqil addımlar atmağa və qərarlar verməyə başlayıblar. Bu məsələdə də sosial şəbəkələrin rolu əvəzsizdir.

Xəbər lenti
0