"Radikal Qruplara Qarşı Mübarizədə Yeni Yanaşmalar" mövzusunda tədbir keçirilib

© Nigar MaharramTədbir
Tədbir - Sputnik Azərbaycan
Abunə olmaq
Radikalizm və terrordan danışılan tədbirdə terroristlə azadlıq mücahidinin fərqləri haqda məlumat verilib

BAKI, 31 yanvar - Sputnik. İqtisadi və Sosial Mərkəzində "Radikal Qruplara Qarşı Mübarizədə Yeni Yanaşmalar" mövzusunda tədbir keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə iqtisadçı alim Vüqar Bayramov, iqtisadçı Rəşad Həsənov və başqaları iştirak ediblər.

Radikalizm və terrordan danışılan tədbirdə terroristlə azadlıq mücahidinin fərqləri haqda məlumat verilib. 

Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Suriya müxalifləri daha 6 kəndi İŞİD terrorçularından təmizləyib - Sputnik Azərbaycan
TƏHLİL
Qonşu ölkələrdən qovulan radikal qruplar Azərbaycana gələ bilərmi?

Tədbirin çıxışçısı Rəfiqə Məmmədzadə bu gün ərəb ölkələrində baş verən çaxnaşmalar haqda danışıb: "Amerika ərəb ölkələri, xüsusən də Suriyada baş verən uşaq ölümlərini əks etdirmək üçün bir reklam çarxı hazırladı. Bu reklam çarxında belə, onlar ərəb deyil, əcnəbi bir uşağı çəkdilər".

Tədbirdə bir zaman azadlıq mücahidi olan bir şəxsin, eyni zamanda həm də terrorçu ola biləcəyindən danışılıb. Kuba lideri Fidel Kastro buna nümunə olaraq göstərilib. Qeyd olunub ki, Fidel Kastro ölkəsini ABŞ-ın təsirindən azad etmək üçün mübarizədə qalib olsa da, sonradan bir terrorçu kimi tanındı.

Kastronun bir sıra ölkələrin daxili işlərinə qarışdığı, bu ölkələrdə çaxnaşma yaratmaq üçün terrora əl atdığı, hətta ölkəsində də 10 minədək azadfikirli insanın ölümünə rəvac verdiyi qeyd olunub.

Xəbər lenti
0