Bu gecə Kiçik çillə qonaq gəlir

Abunə olmaq
"Kiçik çillə" mifologiyada amansız, həyatı donduran, qorxulu bir qüvvə kimi təsvir olunur

BAKI, 31 yanvar - Sputnik. Qədim Türk inanclarına görə, bu gecədən başlayaraq, Böyük çillə öz yerini Kiçik çilləyə verir. Sputnik Azərbaycan xəbər verir ki, yanvarın 31-dən başlayıb, 20 gün davam edəcək Kiçik çillə el arasında qışın oğlan çağı adlandırılır.

Bir çox hallarda qışın əvəzedicisi kimi işlənən “çillə” sözü dərd-bəla, ağrı-acı, çətinlik, müşkül anlamındadır. Bu dövrdə havaların kəskin soyuması müşahidə olunur. 

"Kiçik çillə" 40 gün davam edən "Böyük çillə"dən sonra gəlir və bundan sonra 30 günlük boz ay davam edir. Bu da qədim türklərin qış fəslini 3 yerə böldüklərini göstərir.

Qədim inanclara görə, çillələr qışın tən ortasında görüşür. Kiçik çillə Böyük çillədən soruşur ki, "nə gördün?" Böyük cavab verir ki, "dolu samanlıqlar, yağ küpləri, qollu-biləkli qarılar təndirə çörək yapırdı". Kiçik deyir: "eybi yox, ömrüm 20 gün də olsa, mən o qarıları külfədən soxub bacadan çıxaracağam. Dolu samanlıq və yağ küplərini isə tükədəcəm".

Kiçik çillə mifologiyada amansız, həyatı donduran, qorxulu bir qüvvə kimi təsvir olunsa da, ümid edirik ki, bu dəfə havalar bir o qədər də sərt şaxtalarla müşahidə olunmayacaq. 

Xəbər lenti
0