Mübarizəyə aparan çətin yol: Qapı-qapı gəzərək fəsadlardan danışır

CC0 / Marina Velmozhko / MirrorGüzgülənən balaca qız
Güzgülənən balaca qız - Sputnik Azərbaycan
Abunə olmaq
"Anam 12 yaşında ailə həyatı qurub. Hər zaman atam tərəfindən döyülüb, söyülüb, təhqir olunub"

BAKI, 31 yanvar — Sputnik. Bu gün dünyada erkən nikahın fəsadlarından ən çox zərər çəkən ölkələrdən biri də Banqladeşdir. Burada 16 yaşına çatmamış qızların böyük əksəriyyəti ailələri tərəfindən məcburi olaraq evliliyə vadar edilir. Əksər hallarda valideynlər bunu imkansızlıq və uşaq sayının çoxluğu ilə izah edirlər.

Gəlinlik ayaqqabısı - Sputnik Azərbaycan
"Mən valideynlərinə pul verib səni almışam" – 12 yaşlı kiçik "qadının" dramı

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu cür ölkələrdə demək olar ki, maarifləndirmə məqsədi ilə hər hansı tədbirlər görülmür. Lakin Lətifə kimi bir neçə yeniyetmə qız istisnalıq təşkil edir. Bu qızların anaları erkən nikahın qurbanı olduğundan, davamlı olaraq təzyiq, zorakılığa məruz qaldıqlarından qızlarının da 18 yaşdan tez ailə qurmasının əleyhinə olublar. Belə ailələrdən birində böyüyüb boya-başa çatan Lətifə də qadınların maariflənməsi üçün könüllü fəaliyyətlə məşğuldur. Məqsədi qızların erkən yaşlarda ailə həyatı qurmasının qarşısını almaqdır. Lətifəni demək olar ki, bütün Banqladeş əhalisi tanıyır.

"Anam 12 yaşında ailə həyatı qurub. Hər zaman atam tərəfindən döyülüb, söyülüb, təhqir olunub. Heç bir hüququ yox idi. O səbəbdən də anam mənim erkən ailə həyatı qurmağımı istəmədi. Mən də erkən ailə həyatı qurmanın əleyhinə olmuşam. Amma ətrafımdakı uşaqların, yəni, qızların erkən yaşlarda ailə həyatı qurduğunu gördüm. Ona görə, bu könüllü fəaliyyətə başladım" – deyə gənc qız bildirir.

Lətifənin əsas missiyası Banqladeşdə araba ilə gəzərək bütün qapıları döyüb valideynləri maarifləndirməkdir. Öncələr bu fəaliyyətə tək başlayan Lətifə, daha sonra bunun effektsiz olduğunu görüb və bir neçə yeniyetmə qızı da bu işə cəlb edə bilib.

"Biz qapıları döyərək erkən nikahların fəsadları, yaratdığı problemlər haqda danışırıq. Onlara deyirik ki, övladınız qul, əşya deyil, onları sata bilməzsiz. Deyirik ki, siz onlara təhsil verməli, maarifləndirməlisiz" - deyə Lətifə Xanım bildirir.

Xəbər lenti
0