06:58 17 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9187
YPG terror təşkilatının Afrində dalğalanan bayrağı

ABŞ-dan etiraf kimi hesabat: "YPG, PKK-nın Suriyadakı milisidir"

© Sputnik / Mihail Alaeddin
XƏBƏRLƏR
Qısa URL
32 0 0

Hesabat, ABŞ-ın kritik kəşfiyyat təşkilatlarından olan "Milli Kəşfiyyat İcması"nın sədri Daniel R. Coats imzası ilə Konqresə təqdim olunub

BAKI, 31 yanvar — Sputnik. Terror təşkilatı PYD-YPG-nin PKK-nın Suriya qolu olduğunu israrla qəbul etməyən ABŞ-da diqqət çəkən hesabat hazırlanıb.

Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, Konqresə təqdim olunan və sanki etiraf kimi ifadələrin yer aldığı hesabatda, "YPG, PKK-nın Suriyadakı milis gücüdür" vurğusu diqqət çəkib.

Hesabat, ABŞ-ın kritik kəşfiyyat təşkilatlarından olan "Milli Kəşfiyyat İcması"nın sədri Daniel R. Coats imzası ilə Konqresə təqdim olunub.

Hesabatda deyilir: "Türkiyənin regional ambisiyaları, ABŞ-a inamsızlığı və Türkiyə rəhbərliyinin avtoritarlığının artması ikitərəfli münasibətləri mürəkkəbləşdirir və Ankaranın ABŞ-ın regional məqsədlərinə daha çox meydan oxumaq istəməsinə yol açır".

Hesabatın Suriya hissəsində isə Suriyanın şərqinin Əsəd rəhbərliyinin nəzarətinə keçəcəyi təxmini yer alıb. Dəməşq rəhbərliyinin Suriyanın şərqindəki təsirini artıra biləcəyi ifadə edilib.

Hesabatda İdlib bölgəsinin də Əsəd güclərinin əlinə keçəcəyi təxmini yer alıb.

Əsas mövzular