Bakı Şəhər İcra Hakimiyyətinin 4 idarəsi ləğv edilib

© Sputnik / Murad OrujovЗдание Исполнительной власти города Баку
Здание Исполнительной власти города Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin idarələrin rəhbərləri və digər işçiləri isə sərəncama götürülüb

BAKI, 30 yanvar - Sputnik. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) bir neçə idarəsi ləğv edilib. BŞİH-dən Sputnik Azərbaycan-a verilən məlumatda qeyd olunur ki, şəhər icra hakimiyyətinin yeni strukturu təsdiqlənib.

Bildirilir ki, yeni strukturda BŞİH-in tabeliyində olan 4 idarə: Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti, Bakı Şəhər Kino Xidməti İdarəsi və Bakı Şəhər Ekspertiza Mərkəzi əksini tapmayıb.

Həmin idarələrin rəhbərləri və digər işçiləri isə sərəncama götürülüb.

Xəbər lenti
0