15:03 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Boşanma

Həyat yoldaşından boşanan məşhur aktrisa yenidən kameralar önünə dönür

CC0 / Raw Pixel / Business
XƏBƏRLƏR
Qısa URL
5491 0 0

BAKI, 30 yanvar — Sputnik. Bir müddətdir ki, aktyor Bred Pitt ilə boşanma xəbərləri ilə gündəmdə olan tanınmış aktrisa Ancelina Coli film çəkilişlərinə geri dönür. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, 43 yaşlı aktrisa "Those Who Wish Me Dead" adlı yeni filmə çəkiləcək. Filmin rejissoru Teylor Şeridandır.

Xatırladaq ki, tanınmış aktrisa sonuncu dəfə ötən ilin yaz aylarında "Malefisenta" filmində rol almışdı.

Qeyd edək ki, 13 ildir ki, Bred Pitt ilə birgə olan, 2014-cü ildə ailə həyatı quran cütlük ötən ilin payızında boşanıblar. Cütlüyün boşanmasına səbəb isə Ancelina Colinin xəstəliyi olub.

Əsas mövzular