13:52 18 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9102
İmtahan, arxiv foto

Ali məktəblərə qəbul olmaq istəyənlərin nəzərinə

© Sputnik / Nigar Maharram
XƏBƏRLƏR
Qısa URL
125 0 0

Bu il ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün kağız daşıyıcılar vasitəsilə sınaq imtahanının yalnız bir dəfə keçirilməsi nəzərdə tutulur

BAKI, 29 yanvar — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 10-da 2019-cu ilin qəbul imtahanı modelinə uyğun yeni təhsil proqramları üzrə sınaq imtahanı keçirəcək. Bu barədə Sputnik Azərbaycan-a DİM-dən məlumat verilib.

Məlumata görə, sınaq imtahanında iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə təqdim olunacaq.

Sınaq imtahanına qeydiyyat 4 fevral saat 09:00-dək aparılacaq. 

Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində "Şəxsi kabinet" yaradılmalıdır. "Şəxsi kabinet"in "Hesab" bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (20 AZN) yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə "Şəxsi kabinet"in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub "İmtahana buradan yazılın" düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və "Qeydə al" düyməsi basılır. Bundan sonra "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərsiniz.

Abituriyentlərin nəzərinə çatdırılır ki, imtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir.

Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.

Qeyd olunur ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün kağız daşıyıcılar vasitəsilə sınaq imtahanının yalnız bir dəfə keçirilməsi nəzərdə tutulur.

Əlaqədar

DİM növbəti sınaq imtahanı keçirəcək
DİM imtahanın nəticələrini açıqladı
DİM vacib açıqlama ilə çıxış etdi
DİM-dən dövlət qulluqçusu olmaq istəyənlərə məyusedici xəbər
Teqlər:
sınaq imtahanı, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurası, DİM

Əsas mövzular