08:30 22 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Qapanlı kənd tam orta məktəbinin hərbi hazırlıq fənn otağındakı əl qumbaraları

Bakının Xətai rayonunda əl qumbarası tapılıb

© Sputnik / Ramil Ibrahimov
XƏBƏRLƏR
Qısa URL
18 0 0

F-1 əl qumbarası (partladıcısı üzərində olmayan) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb

BAKI, 26 yanvar - Sputnik. Bu gün Bakının Xətai rayonunun M.Hadi küçəsi, 90 ünvanında 1 ədəd əl qumbarası tapılıb.

Sputnik Azərbaycan xəbər verir ki, məlumata əsasən, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu, Bakı şəhər Baş Polis idarəsinin Xətai rayon Polis şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri Xətai rayon Polis İdarəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ilə birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirmişdir. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssislərinin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə həyata keçirdiyi təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası (partladıcısı üzərində olmayan) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əsas mövzular