23:30 16 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Ələ keçirilən narkotik vasitə

Külli midarda narkotik vasitə aşkarlandı

© Sputnik / Rahim Zakiroghlu
XƏBƏRLƏR
Qısa URL
61 0 0

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi başlanılıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 25 yanvar - Sputnik. Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan əldə etdiyi məlumata görə, Cəlilabad RPŞ əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Cəlilabad şəhər sakini Etibar Verdiyev saxlanılıb.

E.Verdiyev saxlanılarkən onun üzərinə keçirilən baxış zamanı əlindəki polietilen torbada 3 ədəd bükümdə ümumi çəkisi 3 kiloqram 360 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Əlaqədar

Narkotik alverçisi ələ keçdi
Azərbaycana keçirilən külli miqdarda narkotik aşkarlandı - FOTOLAR
Azərbaycana gizli yolla külli miqdarda narkotik keçirmək istədilər
Bakıda böyük əməliyyat: Narkotik satan mütəşəkkil dəstə tutuldu
Teqlər:
Rayon Polis Şöbəsi, Cəlilabad, narkotik vasitə

Əsas mövzular