11:29 22 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
Əməliyyat

Qeysəriyyə əməliyyatı bir çox xəstəliklərə səbəb olur

© ATU-nun mətbuat xidməti
XƏBƏRLƏR
Qısa URL
106 0 0

E.Əliyeva qeysəriyyə əməliyyatının piylənmə, şəkər və baş ağrıları kimi problemlərə səbəb olduğunu  vurğulayıb

BAKI, 25 yanvar - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşkilatçılığı ilə "Qeysəriyyə kəsiyi əməliyyatının azaldılması üçün səmərəli sistem olan "Robson" təsnifatının təqdimatı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbiri giriş sözü ilə açan ÜST-ün Bakı nümayəndəliyinin rəhbəri Hande Harmançı təsnifat, qeysəriyyə əməliyyatı və onun fəsadları haqda məlumat verib.

O qeyd edib ki, qeysəriyyə yolu ilə dünyaya gələn uşaqlarda immun zəifliyi müşahidə edilir.

Daha sonra çıxış edən baş ginekoloq Sevinc Məmmədova öncə qeysəriyyə əməliyyatının tarixçəsi haqda danışıb.

O qeyd edib ki, öncələr bu əməliyyatlar yalnız ölmüş analar üzərində icra olunurdu: "Burada məqsəd uşağı xilas etmək idi. Lakin sonradan italiyalı alim Huardos bu əməliyyatın sağ olan analar üzərində də icra oluna biləcəyini bildirdi. 1976-cı ildən sonra 5 il ərzində 50 qeysəriyyə əməliyyatı icra olundu. Belədə hər iki qadından biri sağ qalırdı. Lakin hazırda bu əməliyyat hamilələrin 50 faizinədək icra olunur. Bu gün İsveçrədə hər 3 qadından 1-i, Almaniyada isə hər il hamilələrin 52 faizi qeysəriyyə yolu ilə övladlarını dünyaya gətirib".

S.Məmmədova bildirib ki, qeysəriyyə əməliyyatına görə ən yüksək rəqəmlər Latın Amerikası ölkələrində qeydə alınıb.

Tibb Universitetinin həkimi Elmira Əliyeva isə qeysəriyyə əməliyyatına səbəb olan amilləri sadalayıb: “Son illərdə anaların çanaq ölçüsü və uşaqların baş ölçüsü, qadınların isə doğum yaşı artır. Bunlar da qeysəriyyə əməliyyatı olma riskini artırır. Qadınların gec ailə qurması, ginekloji problemlərin də rolu danılmazdır. Bir çox hallarda çəki amili də qeysəriyyə əməliyyatına səbəb olur".

E.Əliyeva qeysəriyyə əməliyyatının piylənmə, şəkər və baş ağrıları kimi problemlərə, xəstəliklərə səbəb olduğunu  vurğulayıb.

Əlaqədar

Tibb Universitetində ağır əməliyyat gənci həyata qaytardı
Ağdamda qadın əməliyyat zamanı ölüb
Teqlər:
Ümumdünya Səhiyyə Təşkilatı, əməliyyat, qeysəriyyə

Əsas mövzular