15:26 18 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9230
Bəy və gəlin

Həyat yoldaşını öldürüb, cəsədini 4 hissəyə parçaladı - FOTO

CC0 / Pexels / Bride
XƏBƏRLƏR
Qısa URL
30 0 0

Türkiyənin Hatay bölgəsində ilginc olay baş verib

BAKI, 25 yanvar — Sputnik. Hatayda Havva Z. (şərti ad) adlı qadın həyat yoldaşını öldürərək cəsədini binanın altında basdırıb. Mikayıl Z. adlı şəxslə nikahdan bir övladı olan qadın ötən gün həyat yoldaşını öldürüb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, aralarında yaranan mübahisədən sonra qadın bıçağa əl atıb. Daha sonra isə qadın cəsədi 4 hissəyə bölərək onu 3 mərtəbəli binanın altında basdırıb.

Həyat yoldaşı tərəfindən öldürülərək cəsədi 4 yerə bölünmüş Mikayıl
Həyat yoldaşı tərəfindən öldürülərək cəsədi 4 yerə bölünmüş Mikayıl

Qonşular isə evdə söz-söhbətin kəsilməsinin ardından qadının binanın arxa hissəsinə əlində böyük bükülü adyalla çıxdığını görüblər. Daha sonra qadının bu bükülünü torpağa basdırdığını görən şahidlər polisə xəbər veriblər.

Hazırda faktla bağlı istintaq davam edir.

Əsas mövzular