Jurnalistlərə “Mediada gender bərabərliyi” mövzusunda təlim keçirilib

© © Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti“Mediada gender bərabərliyi” mövzusunda 3 günlük təlimin açılış mərasimi
“Mediada gender bərabərliyi” mövzusunda 3 günlük təlimin açılış mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Media nümayəndələri və jurnalistika fakültəsinin tələbələri üçün təşkil olunan təlim beynəlxalq və yerli ekspertlər tərəfindən aparılıb

BAKI, 24 yanvar - Sputnik. Avropa Şurasının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Mediada gender bərabərliyi” mövzusunda təlim keçirilib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Avropa Şurasının eksperti Bissera Zankova, media eksperti Ələsgər Məmmədli, Avropa Şurasının eksperti Gülbin Ayşə, "Jurnalistlərin Həmkarlar İttifaqı"nın sədri Müşfiq Ələsgərli çıxış edib. 

© © Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti“Mediada gender bərabərliyi” mövzusunda 3 günlük təlimin açılış mərasimi
Jurnalistlərə “Mediada gender bərabərliyi” mövzusunda təlim keçirilib - Sputnik Azərbaycan
“Mediada gender bərabərliyi” mövzusunda 3 günlük təlimin açılış mərasimi

Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova təlimin məqsədini diqqətə çatdırıb. Bildirib ki, bu seminarların keçirilməsində məqsəd gənc jurnalistlərə və jurnalistika fakültəsi tələbələrinə qadın hüquqlarının müdafiəsi, eləcə də təşviq edilməsi istiqamətində ətraflı məlumatların çatdırılmasıdır. O, Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində aparılan maarifləndirmə tədbirləri haqqında geniş məlumatlar verərək, bu cür seminarların davam etdirilməsinin vacibliyini vurğulayıb. Xüsusən də media nümayəndələrinin və bu istiqamətdə fəaliyyətə başlamaq arzusunda olan gənc jurnalist tələbələrin bu mövzuya diqqətlə yanaşmasının əhəmiyyətini qeyd edib.

“Bu gün ailə və mill-mənəvi dəyərlərin təbliği, qadınların fəallığının artırılması, uşaq hüquqlarının müdafiəsi istiqamətlərində və eyni zamanda məişət zorakılığının, erkən nikahın, uşaq intiharlarının qarşısının alınması və digər istiqamətlərdə görülən işlər mətbuat orqanlarında geniş şəkildə işıqlandırılır. Lakin bir məsələni də vurğulamaq lazımdır ki, jurnalistlərimiz ailədaxili problemlərin, qadın və uşaqlarla əlaqəli məsələlərin mətbuatda işiqlandırılması zamanı, xüsusilə həssas olmalıdırlar” – deyə S.Qəhrəmanova vurğulayıb.

Sədr müavininin sözlərinə görə, vacib amillərdən biri də odur ki, jurnalistlər öz işlərinə peşəkar və məsuliyyətli yanaşaraq insanların kimliyi haqqında məlumatların konfidensiallığını qorusunlar: “Eyni zamanda jurnalistlərimiz gender bərabərliyi sahəsində xarici ölkələrin müsbət təcrübələrini öyrənərək, bu istiqamətdə daha güclü nailiyyətlərin əldə edilməsi üçün öz təkliflərini verməlidirlər.

© © Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti“Mediada gender bərabərliyi” mövzusunda 3 günlük təlimin açılış mərasimi
Jurnalistlərə “Mediada gender bərabərliyi” mövzusunda təlim keçirilib - Sputnik Azərbaycan
“Mediada gender bərabərliyi” mövzusunda 3 günlük təlimin açılış mərasimi

Avropa Şurasının eksperti Bissera Zankova mediada gender bərabərliyinin təmin edilməsindən söz açıb.

Media eksperti Ələsgər Məmmədli isə Azərbaycan Konstitusiyası ilə qadınların kişilərlə bərabərliyinin qorunduğuna diqqət çəkib. Konstitusiyanın 25, 34-cü maddələrindədn sitat gətirən ekspert bildirib ki, hüquq bərabərliyi həm də cinslərarası bərabərlik deməkdir.

Ə.Məmmədli boşanmalar haqda da danışıb: "Əvvəl Azərbaycanda hər 10 qurulan ailədən biri dağılırdı. Lakin artıq hər 4 ailədən biri dağılır, tərəflər boşanır. Bu rəqəmlər ailə institutunun dağılması kimi başa düşülməməlidir".

Ekspert daha çox "Qadınlar konvensiyası" adlandırılan "Qadınlara qarşı ayrlseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya” haqda da məlumat verib.

Qeyd edək ki, Media nümayəndələri və jurnalistika fakültəsinin 4-cü kurs bakalavr, eləcə də magistr və doktorant tələbələri üçün təşkil olunan təlim beynəlxalq və yerli ekspertlər tərəfindən aparılıb.

Xəbər lenti
0