23:02 15 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.9162
Gəzişən adamlar

Paytaxt və yarımada sakinlərinə xəbərdarlıq edilir

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
156 0 0

Yanvarın 22-si axşamdan 23-ü gündüzədək Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir

BAKI, 22 yanvar — Sputnik. Bakıda və Abşeron yarımadasında yanvarın 23-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 6-9, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında yanvarın 23-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək

Nazirlik əhaliyə xəbərdarlıq da edir: Yanvarın 22-si axşamdan 23-ü gündüzədək Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Əlaqədar

Mövcud hava şəraiti ilə əlaqədar vətəndaşlara xəbərdarlıq olunur
Soyuq hava canavarı dondurub - FOTO
Teqlər:
temperatur, gündüz, gecə, hava, Abşeron yarımadası, Bakı

Əsas mövzular