Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar qəbul etdi

© Sputnik / Aleks Maknoton / Mediabanka keçidВ Солсбери приступили к очистке связанных с отравлением Скрипалей мест
В Солсбери приступили к очистке связанных с отравлением Скрипалей мест - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi Moskva ittihamları qəbul etmir

 

BAKI, 21 yanvar — Sputnik. Avropa İttifaqı "Skirpal işi" üzrə Rusiya Baş Kəşfiyyat İdarəsinin rəhbəri, onun müavini və iki əməkdaşına qarşı sanksiya tətbiq edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Brüssel iddia edir ki, bu şəxslər 4 mart 2018-ci ildə Solsberidə istifadə olunan zəhərli sinir-iflic edici maddənin saxlanılması, daşınmasına görə məsuliyyət daşıyır.

Bundan əlavə sanksiyalar Suriyada elmi araşdırma mərkəzi və onun işçilərində də şamil olunacaq.

Avropa İttifaqı ilk dəfə kimyəvi silahların yayılması və tətbiqinə görə yeni mexanizm çərçivəsində sanksiya tətbiq edib.

Xatırladaq ki, ötən ilin martın 4-də Böyük Britaniyanın Solsberi şəhərindəki pizza evlərindən birində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya huşsuz vəziyyətdə tapılıb. Onları koma vəziyyətində xəstəxanaya gətiriblər. Skripalların naməlum maddə ilə zəhərləndikləri məlum olub.

Britaniya hökumətinin rəyinə görə, onları Rusiya istehsalı olan "Noviçok" adlı zəhərlə zəhərləyiblər. Aprelin 3-də isə müəyyən edilib ki, Böyük Britaniya Porton Daun laboratoriyasının mütəxəssisləri Skripal və qızı Yuliyanın zəhərləndiyi "Noviçok" maddəsinin Rusiya mənşəli olduğunu sübut edə bilməyib. Mütəxəssislər ümumiyyətlə bu maddənin Birləşmiş Krallığa necə gəlib çıxdığını da müəyyən edə bilməyib.

Bütün bunlara baxmayaraq, rəsmi Moskva ittihamları qəbul etmir və baş verənləri Rusiyaya qarşı düşünülmüş ssenari kimi qiymətləndirir.

Xəbər lenti
0