08:27 22 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli

Qulu Məhərrəmli: "Sputnik-ə qarşı anlaşılmaz münasibət tezliklə aradan qaldırılmalıdır"

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
23 0 0

Əməkdar jurnalist: "Sputnik ölkəmizi - Azərbaycanı təbliğ edən platformalardan biridir"

BAKI, 18 yanvar — Sputnik. ""Facebook"-un söz və mətbuat azadlığını məhdudlaşdıran addımları doğru deyil". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Əməkdar jurnalist, tanınmış media eksperti, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli deyib.

"Bu addım Avropa Konvensiyasının müddəalarına ziddir. İstənilən informasiya, istənilən yerdə yayımlana bilər. Bu, bizim xoşumuza gəlməyən informasiya olsa da, dəyişməz qaydadır" - deyə ekspert bildirib.

"Bundan başqa, Sputnik ölkəmizi - Azərbaycanı təbliğ edən platformalardan biridir. Düşünürəm ki, Sputnik-ə qarşı anlaşılmaz münasibət tezliklə aradan qaldırılmalıdır" - professor əlavə edib.

Xatırladaq ki, dünən "Facebook" Rusiya ilə bağlı olan 500-dən çox hesabı, eləcə də Sputnik agentliyinin müxtəlif xablarının yeddi səhifəsini silib. Silinmiş səhifələr arasında "Sputnik Azərbaycan"ın azərbaycandilli səhifəsi də var.

Sputnik Beynəlxalq İnformasiya Agentliyinin (BİA) mətbuat xidməti "Facebook" şirkətinin addımın siyasi motivli hərəkət və faktiki olaraq senzura kimi dəyərləndirib.

Əlaqədar

Xəyallar gerçəkləşdi: Sputnik Azərbaycan xəstə uşaqların arzularını çin etdi
Ağrıdan keçən gözəllik: Sputnik Azərbaycan-ın əməkdaşı ilk döyməsini necə vurdurdu
"Facebook" Sputnik-in səhifələrini sildi, şirkət etiraz bəyanatı yaydı
Sputnik Azərbaycan xeyriyyə aksiyası uğurla başa çatdı
Teqlər:
Qulu Məhərrəmli, professor, səhifə, Facebook, Azərbaycan, Sputnik

Əsas mövzular