11:39 22 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
Məhəmməd Əli

Məşhur boksçunun adı hava limanına verilir

© AP Photo / Chris Pizzello
XƏBƏRLƏR
Qısa URL
8510

Əli dünya vətəndaşı olmasına baxmayaraq, heç bir zaman öz vətənini unutmayıb

BAKI, 17 yanvar — Sputnik. 2016-cı ildə 74 yaşında dünyasını dəyişən əfsanəvi boksçu və məşhur aktivist Məhəmməd Əlinin adı Kentukidə hava limanına veriləcək.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Louisvill yerli hava limanının adı "Lousvill Məhəmməd Əli Beynəlxalq Hava limanı" olaraq dəyişdiriləcək.

Məhəmməd Əlinin həyat yoldaşı Lonnie Ali verdiyi açıqlamada bununla qürur hiss keçirdiyini dilə gətirib: "Əli dünya vətəndaşı olmasına baxmayaraq, heç bir zaman öz vətənini unutmayıb".

Hava limanının idarə heyəti ad dəyişikliyini bir ildən çoxdur davam edən işlərin nəticəsi olaraq dəyərləndirib.

Qeyd edək ki, yaşasaydı, əfsanəvi boksçunun bu gün 77 yaşı olacaqdı.

Əlaqədar

Hava limanı güclü qar səbəbilə müvəqqəti bağlandı
Hava limanı qarışdı, yaralılar var
İstanbul Atatürk Hava Limanı bağlanır
Türkiyənin əsas hava limanı sökülür
Teqlər:
Məhəmməd Əli, hava limanı

Əsas mövzular