18:14 17 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9350
Ekstrasens Zirəddin Rzayev

Məşhur ekstrasens "od püskürdü: "Şarlatan və dələduzsunuz"

© Photo : Zirəddin Rzayevin Facebook səhifəsi
XƏBƏRLƏR
Qısa URL
740 0 0

Zirəddin Rzayev: "Siz təkcə onların deyil, özünüzün, Rusiya televiziyasının iç üzünü açdınız"

BAKI, 9 yanvar — Sputnik. "Müxtəlif zamanlarda "Rossiya1" telekanalı Cunanı çəkərək (dünyaca məşhur olan rusiyalı ekstrasens, daha çox Cuna adı ilə məşhur olan Yevgeniya Davitaşvili - red.) xalqa göstərib. Sonradan onlar təkcə Cunanın deyil, özlərinin də kim olduğunu açıb göstərdilər. O, özü də "Rossiya 1" telekanalında işləyirdi". 

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə tanınmış azərbaycanlı ekstrasens, Moskvada yaşayan Zirəddin Rzayev öz "Instagram" səhifəsində yazıb. "Vanqadan Cuna haqqında soruşduqda, o demişdi ki, həqiqətən də Cuna realdır və ona vergi verilib" - deyə Rzayev bildirib.

"Hətta Ukraynada Cuna haqqında bədii film də çəkilib. Təəssüflər olsun ki, indi onu, adı "it dəftərində" olmayan insanlar tənqid edir. İndi hamı ekstrasensləri günahlandırır, uşaqlar" - o vurğulayıb.

Daha sonra ekstrasens bunları əlavə edib: "Siz təkcə onların deyil, özünüzün, Rusiya televiziyasının iç üzünü açdınız. Belə çıxır ki, şarlatan və dələduz siz özünüzsünüz. Siz və sizin televiziyanız illərlə xalqı aldadıb. Mənim sizə yazığım gəlir".

Посмотреть эту публикацию в Instagram

Публикация от 🇷🇺 ЗИРАДДИН РЗАЕВ (@ziraddinrzaev)

Qeyd edək ki, bir müddət əvvəl "Rossiya 1" telekanalından qovulan Zirəddin Rzayev yeri gəldi-gəlmədi bu kanalı ittiham etməklə məşğuldur. O, ötən il Cunanın mirasının lənətləndiyini iddia edərək, ekstrasensin qohumlarını o miras uğrunda mübarizədən əl çəkməyə çağırmışdı. 

Xatırladaq ki, ekstrasens Yevgeniya Davitaşvili - Cuna həmçinin astroloq, yazıçı, rəssam və "Beynəlxalq Alternativ Elmlər Akademiyası" İctimai Təşkilatının prezidenti olub. O, 2015-ci ilin iyununda 65 yaşında vəfat edib.

Zirəddin Rzayev azərbaycanlı ekstrasens, "Bitva ekstrasensov" (Ekstrasenslərin döyüşü) şousunun 6-cı mövsümünün finalçısıdır. İxtisasca həkimdir. Hazırda Moskvada yaşayır və işləyir. Rusiya telekanallarındakı müxtəlif verilişlərdə iştirak edir.

Əlaqədar

Ailə cinayətinin arxasından “cin” çıxdı
On beş min dollara "şüşədə cin" satıblar
Teqlər:
televiziya, cin, ekstrasens, Zirəddin Rzayev

Əsas mövzular