Biləcəri qəsəbəsinə gedən avtomobil yolunu su basıb

© Photo : OXUBakını su basıb
Bakını su basıb - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə bu gün səhər saatlarında baş verib

BAKI, 9 yanvar — Sputnik. Bakıda magistral su xəttində qəza baş verib. Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. 

Qurumun sözçüsü bildirib ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində, "Motodrom" yaşayış massivi adlanan hissədə baş verib: "Magistral su kəmərində qəfil qəza baş verib. Dərhal "Azərsu"nun qəza briqadası hadisə yerinə cəlb edilib, su kəsilib".

"Hazırda bərpa işləri davam etdirilir. Günün sonuna qədər bərpa işləri başa çatdırılacaq" - deyə A.Cəbrayıllı əlavə edib.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında baş verib.

Nəticədə Bakı Beynəlxaq Avtovağzal Kompleksindən Biləcəri qəsəbəsinə gedən avtomobil yolunu su basıb, yolda avtomobillərin hərəkəti çətinləşib.

 

Xəbər lenti
0