17:59 24 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9356
 Volgabalt 214 gəmisi

Ukraynalı konsul Türkiyədə qəzaya uğrayan dənizçilərlə görüşdü

© AP Photo / Emrah Gurel
XƏBƏRLƏR
Qısa URL
26 0 0

Digər Azərbaycan vətəndaşı-gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları isə davam etdirilir

BAKI, 8 yanvar — Sputnik. Ukraynanın Türkiyədəki konsulu xəstəxanada, Samsun şəhəri yaxınlığında qəzaya uğrayan gəmidən xilas edilən dənizçilərlə görüşüb. Bu barədə Sputnik Azərbaycan UNN-ə istinadən xəbər verir. 

"Konsul Ukrayna icmasının nümayəndələri ilə birgə xəstəxanada olan bütün dənizçilərə baş çəkib. Onların vəziyyəti qənaətbəxşdir. Onlara tibbi yardım göstərilir", - deyə Ukraynanın Türkiyədəki səfiri Andrey Sibiqa bildirib.

O, həmçinin buzlu sudan dənizçiləri xilas etdiyi üçün Türkiyə xilasedicilərinə də təşəkkür edib.

Qeyd edək ki, ötən gün Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən "Volgabalt 214" gəmisinin qəzaya uğraması nəticəsində gəminin azərbaycanlı ekipaj üzvlərindən ikisi - gəmi kapitanı İsmayılov Turbat Kamil oğlu və gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu dünyasını dəyişib. Hər ikisinin meyiti sudan çıxarıllıb.

 

Əlaqədar

Türkiyədə gəmi batması nəticəsində itkin düşən Azərbaycan vətəndaşının meyiti tapılıb
Türkiyə sahillərində gəmi batıb, göyərtəsindəki azərbaycanlıların taleyindən xəbər yoxdur
Teqlər:
Ukrayna, konsul, Andrey Sibiqa, Samsun, qəza, gəmi, Türkiyə

Əsas mövzular