Əhaliyə hava xəbərdalığı - Külək, yağış, qar

© Sputnik / Maks Vetrov / Mediabanka keçidKülək, arxiv şəkli
Külək, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Gecə və axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir

BAKI, 7 yanvar - Sputnik. Bakıda və Abşeron yarımadasında yanvarın 8-də buludlu havanın üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Sputnik Azərbaycan bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir. 

Bakı  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda həftənin ilk günü gözlənilən hava proqnozu açıqlandı

Havanın temperaturu  Abşeron yarımadasında gecə 3-5, gündüz  7-10, Bakıda  gecə  3-5, gündüz  8-10 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi  normadan yüksək 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 75-85, gündüz 60-70  faiz olacaq. 

Azərbaycanın rayonlarında isə sabah havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təşkil edəcək.

ETSN-nin Milli Hidrometeorologiya Departamenti ölkə əhalisinə hava ilə bağlı xəbərdarlıq da edir. Bildirilir ki, yanvarın 7-si axşamdan 8-i gündüzədək Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək.

Xəbər lenti
0