10:26 21 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8859
Milli Məclis

Növbəti tarix: 1 fevral - 31 may

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
87 0 0

Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayacaq

BAKI, 4 yanvar — Sputnik. Milli Məclisin 2019-cu ildə yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi hər il iki növbəti yaz və payız sessiyalarına yığılır.

Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Qeyd edək ki, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar.

Əlaqədar

Ombudsman Milli Məclisdə mühüm məsələ qaldırıb: Təcili qanun qəbul olunmalıdır
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə üç işçi qrupuna rəhbərlər seçilib
Milli Məclisin payız sessiyası başa çatdı
Teqlər:
sessiya, plenar iclas, Milli Məclis

Əsas mövzular