12:20 20 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Liverpulun məşqçisi Yurqen Klopp Arsenal üzərindəki 5:1 hesablı qələbə münasibətilə Dejan Lovreni təbrik edir

"Liverpul"un baş məşqçisi başqa futbol mütəxəssisinin fanatı imiş

© AP Photo / Rui Vieira
XƏBƏRLƏR
Qısa URL
28 0 0

Biz heç-heçə etsək, bu daha yaxşı olar

BAKI, 3 yanvar — Sputnik. "Liverpul"un baş məşqçisi Yurqen Klopp "Mançester Siti" ilə matç öncəsi oyun barədə fikirləri ilə bölüşüb. Sputnik Azərbaycan "Sports.ru"-ya istinadən xəbər verir ki, o, rəqib məşqçi Pep Qvardiolanı dünyanın ən yaxşı məşqçisi adlandırıb.

"Pep mənim xoşuma gəlir, mən onun işindən həzz alıram. O, görkəmli məşqçidir. Mənim üçün o, dünyanın ən yaxşısıdır. Mən bunu onun "Liverpul"u Avropanın, dünyanın ən yaxşı klubu adlandırmasına görə demirəm", - deyə Klopp bildirib.

"Liverpul"un baş məşqçisi isə "Mançester Siti"nin ən yaxşı komanda olduğunu bəyan edib: "Biz onları məğlub etmək istəyirik, buna dair heç bir şübhə yoxdur. Lakin biz heç-heçə etsək, bu, daha yaxşı olar".

Əlaqədar

Rövşən Binnətli: “Yeganə çıxış yolumuz yerli futbolçuların yetişdirilməsindədir”
Argentina futbolunun əfsanəsi Bakıda: “Azərbaycanda komanda çalışdıra bilərəm”
Süleymanov: "Problem tək məşqçilərdə deyil, ümumi futbol idarəçiliyindədir"
"Milan" əfsanəvi futbolçunun oğlu ilə müqavilə imzaladı

Əsas mövzular