CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tütün məhsullarının qiymətlərinin qalxması xəbəri təsdiqini tapdı

© AFP 2023 / DAVID EBENERСигареты, фото из архива
Сигареты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Artıq bir neçə gündür mağazaya siqaret istehsal edən firmalar heç bir məhsul gətirmir"

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 3 yanvar — Sputnik. Son günlər siqaretin qiymətinin qalxması ilə bağlı müəyyən söz-söhbətlər dolaşır. Sputnik Azərbaycan-ın əməkdaşı bütün bunlara aydınlıq gətirmək üçün metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında yerləşən bir neçə köşk və mağazada müşahidə aparıb. 

Люди - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ar olsun küçədə siqaret çəkənlərə: Getdilərsə, birini yandır

Metronun qarşısında yerləşən bir neçə mağazanın satıcısı hələ ki, yeni ildə onlara istehsalçı şirkətlər tərəfindən tütün məhsullarının gətirilmədiyini bildirib: “Hələ ki, ötən ildən aldığımız siqaretləri satırıq. Artıq bir neçə gündür mağazaya siqaret istehsal edən firmalar heç bir məhsul gətirmir. Gömrükdə işləyən tanışlarımız deyir ki, aksiz vergisi qalxıb. Yəqin ki, ona görə qiymətlər də artacaq”.

Mağazalardan fərqli olaraq köşklərdə artıq qiymət artımı özünü göstərib. Satıcıların sözlərinə görə, 1.20-2.00 manat olan siqaretlərin qiymətində 10, 2.00 manatdan yuxarı olan siqaretlərin qiymətlərində isə 20 qəpik artım olub.

Əldə etdiyimiz məlumata görə, yeni ilin ilk günündən etibarən bütün siqaretlərin qiyməti qalxıb. Məsələn, 2.70 manata olan "Kent" hazırda 2.90 manata satılır. Lakin daha ucuz məhsulların qiymətlərində hələ ki, artım olmayıb. Məsələn, qiyməti 1.20 manat və bundan da aşağı olan məhsullar bahalaşmayıb.

Yerli istehsalçıların qiymətlərində artımın olub-olmamasını da öyrənməyə çalışdıq. Naxçıvanda yerləşən və yerli tütün məhsullarının istehsalı ilə məşğul olan “CAHAN TOBACCO” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) ilə əlaqə saxladıq. MMC-dən verilən məlumatda qeyd olundu ki, tütün məhsullarının qiymətlərinin qalxması ilə bağlı şirkət tərəfindən hər hansı qərar verilməyib.

"Ötən ilki qiymət siyasəti hələ də saxlanılır. Bu gündən işə çıxmışıq. Hələ ki, qiymətlər stabildir. Lakin qiymətlərlə bağlı şirkət tərəfindən hansısa qərarın verilib-verilməyəcəyi haqda konkret məlumat verə bilmərik” - deyə “CAHAN TOBACCO”dan bildirildi.

Yerli siqaret məhsullarının istehsalı və ixracı ilə məşğul olan “EUROPEAN TOBACCO-BAKU” Açıq Səhmdar Cəmiyyətindən də bildirildi ki, onların məhsullarında heç bir qiymət artımı olmayıb.

Qeyd edək ki, tütün və tütün məhsullarının qiyməti dövlət tərəfindən tənzimlənmir.

Xəbər lenti
0