17:05 21 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9343
Açıq havada gəzişən adamlar

Vətəndaşlara 4-5 yanvar xəbərdarlığı

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
1174 0 0

Bakıda və Abşeron yarımadasında yanvarın 3-ü axşam arabir yağış yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var

BAKI, 3 yanvar — Sputnik. Bakıda və Abşeron yarımadasında yanvarın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

Səhər saatlarında zəif duman olacaq. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 8-10 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.

Azərbaycanın rayonlarında yanvarın 4-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə: Yanvarın 4-ü axşamdan 5-i səhərədək Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə xüsusi xəbərdarlıq da edir: Bakıda və Abşeron yarımadasında yanvarın 3-ü axşam arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Yanvarın 4-ü günün ikinci yarısından 5-i səhərədək cənub-qərb küləyinin arabir güclənəcəyi, yanvarın 5-də axşam isə arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 4-ü gündüz, 5-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.

Əlaqədar

Yanvar ayı üçün hava proqnozu
Soyuq hava infarkt riskini artırır
Teqlər:
yağış, temperatur, gündüz, gecə, hava, Abşeron yarımadası, Bakı

Əsas mövzular