İcbari tibbi sığorta üzrə haqların məbləği müəyyənləşib

© Sputnik / Valeriy MelnikovXəstəxana - Hospital
Xəstəxana - Hospital - Sputnik Azərbaycan
Abunə olmaq
Tibbi sığorta icbari və könüllü formada həyata keçiriləcək

BAKI, 28 dekabr-Sputnik. Milli Məclisin plenar iclasında "Tibbi sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə  qanun layihəsinə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə əsasən, qanunun 1-ci maddəsində əsas anlayışlar yer alıb. 

Здание парламента Азербайджанской Республики - Sputnik Azərbaycan
Milli Məclis 21 məsələnin müzakirəsinə yığışıb

Xidmətlər zərfi- baza və əlavə hissələrdən ibarət olmaqla icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusu, xidmətlər zərfinin baza hissəsi- sığortaolunanlara xidmətlər zərfinin şərtlərinə uyğun olaraq göstərilən ilkin səhiyyə xidməti, habelə təcili və təxirəsalınmaz tibbi yardım xidməti, xidmətlər zərfinin əlavə hissəsi - sığortaolunanlara xidmətlər zərfinin şərtlərinə uyğun olaraq göstərilən ixtisaslaşdırılmış tibbi yardım, sığorta haqqı - risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində bu Qanunla müəyyən olunmuş qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği və s. daxil edilib.

Layihədə deyilir ki, tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə sığortaolunanın tibbi xidmət və dərman yardımı almasına təminat verir.

Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir.

İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı sığortaolunanlara icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və xidmətlər zərfinin şərtləri çərçivəsində sığortaolunanların tibbi yardım almasını təmin edir.

Könüllü tibbi sığorta sığortaolunanların əlavə tibbi xidmət və dərman yardımı almasını təmin edir. 

Layihədə 15-10-cu maddə “İcbari tibbi sığorta üzrə sığorta haqları” adlanır.

Parlamentin iclası - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Milli Məclis dövlət büdcəsini təsdiqlədi

Həmin maddə belədir:

15-10.1. İcbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən edilir:

15-10.1.1. xidmətlər zərfinin baza hissəsi üzrə -təqvim ili üçün adambaşına 29 (iyirmi doqquz) manat;

15-10.1.2. xidmətlər zərfinin əlavə hissəsi üzrə:

15-10.1.2.1. bu Qanunun 15-2.3.1-civə 15-2.3.2-ci maddələrində nəzərdə tutulan şəxslər üzrə:

1. sığortalı tərəfindən - hesablanmış əməyin ödənişi fondunun 2 faizi;

2. sığortaolunan tərəfindən - işçinin əmək haqqının 2 faizi;

15-10.1.2.2. bu Qanunun 15-2.3.3-cü - 15-2.3.6-cımaddələrində nəzərdə tutulan şəxslərə üzrə- təqvim ili üçün adambaşına 120 manat;

15-10.1.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin,dizel yanacağının və maye qazın hər litrinə görə - 0,02 manat;

15-10.1.4. energetik içkilərə (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün mayeyə aksiz markasının verilməsinə görə - verilən hər bir aksiz markasına görə 0,1 manat; 

15-10.1.5. tütün məmulatlarına aksiz markasının verilməsinə görə - verilən hər bir aksiz markasına görə 0,05 manat;

Здание Милли Меджлиса - Sputnik Azərbaycan
Milli Məclis işini başa vurdu

15-10.1.6. alkoqollu içkilərə aksiz markasının verilməsinə görə - verilən hər bir aksiz markasına görə 0,1 manat;

15-10.1.7.  "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənilən təqvim haqqının 50 faizi;

15-10.1.8. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununa əsasən sığortalının sığorta müqaviləsi üzrə sığortaçıya ödədiyi sığorta haqqının 5 faizi.

15-10.2. Bu Qanunun 15-10.1.1-ci və 15-10.1.2.2-ci maddələrində müəyyən olunmuş icbari tibbi sığorta haqları 2021-ci il yanvarın 1-dən etibarən ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir və indeksləşdirilən icbari tibbi sığorta haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında yerləşdirilir.

Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Dəyişiklik  müzakirə olunduqdan sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbər lenti
0