CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mənzil İnşaatı Dövlət Agentliyi vətəndaşlara müraciət edir

© MİDAYasamal yaşayış kompleksi
Yasamal yaşayış kompleksi - Sputnik Azərbaycan
Abunə olmaq
Mənzil seçimi prosedurunun həyata keçirilməsi zamanı qarşılaşdığınız hər hansı çətinliklər haqqında "108" çağrı mərkəzinə məlumat verməyiniz xahiş olunur

BAKI, 27 dekabr — Sputnik. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən istifadəçilərin mənzil seçimi prosesində rahatlığını təmin etmək məqsədi ilə "Güzəştli mənzil" sistemində bir sıra təkmilləşdirmə (satışın başlanmasına 24 saat qalmış geri sayımın aktivləşməsi, səhifənin açılması və səhifədən səhifəyə keçid haqqında məlumatın ekranda görünməsi) işləri aparılıb. 

Tikintisi davan edən bina - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Güzəştli mənzil" sisteminin güzəştli ipotekadan hansı fərqləri olacaq?

Bu barədə Sputnik Azərbaycan-a MİDA -dan məlumat verilib. Məlumatda qeyd edilir ki, əgər vətəndaşlar mənzil seçimi prosesinin bütün mərhələləri ilə yaxından tanış olmaq, Elektron İmza və ya Asan İmza sertifikatlarından və texniki avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirmək istəyirsə, o zaman onlardan 27 dekabr 2018-ci il tarixində saat 11-00-dan saat 11-30-dək keçiriləcək sistemin sınaq mühitində mənzil seçimi etmələri xahiş olunur.

Mənzil seçimində bütün əməliyyatlar "Elektron hökumət" portalı üzərindən real vaxt rejimində aparılır və mənzil seçimi prosesi 25 yanvar 2019-cu il tarixində Yasamal Yaşayış Kompleksində keçiriləcək 174 mənzilin seçimi ilə identikdir.

"Mənzil seçimi prosedurunun həyata keçirilməsi zamanı qarşılaşdığınız hər hansı çətinliklər haqqında "108" çağrı mərkəzinə məlumat verməyiniz xahiş olunur" - deyə müraciətdə qeyd olunur.

Xəbər lenti
0