Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Aqorafobiyadan əziyyət çəkənlər ölümü daha çox düşünür

CC0 / xusenru / FearGözlərdə qorxu
Gözlərdə qorxu - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar öləcəklərini düşünərək lift, avtobus, təyyarəyə minmirlər

BAKI, 1 yanvar — Sputnik. Demək olar ki, hər kəsdə ölüm qorxusu var. Ölüm qorxusu yaşayanlar arasında aqorafobiyadan əziyyət çəkən şəxslər daha çox üstünlük təşkil edir. Onlar, öləcyəm, deyə düşünüb evdən çıxmaq istəmir, çoxluq olan yerlərdən qaçır, bacardıqları qədər qapalı - lift, təyyarə və avtobusa minməməyə çalışırlar. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, mütəxəsissilər bu cür yersiz qorxuların infarkt, özünidarəni itirməyə səbəb olduğunu deyiblər. Türkiyəli mütəxəssislərin sözlərinə görə, bu qorxular onlarda ölüm kimi düşüncələrin mütəmadi olaraq yaramasına səbəb olur.

"Onlar elə zənn edir ki, hər an bir hadisə baş verə bilər. Belə olan halda isə kiminsə onlara kömək edə bilməyəcəyini düşünərək özlərini daha da təşvişə salmış olurlar. Bu şəxslər demək olar ki, günlərinin böyük bir hissəsini bu cür qorxularla keçirirlər" – deyə mütəxəssislər bildirib.

Həkimlərin sözlərinə görə, belə şəxslərin psixiatrik yardıma daha çox ehtiyacları var.

Xəbər lenti
0