Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Liviya quldur özbaşınalığından bezib: Rusiya Qəddafinin oğlunu dəstəkləyəcəkmi?

© AFP 2023 / MAHMUD TURKIASeyf əl-İslam Qəddafi
Seyf əl-İslam Qəddafi - Sputnik Azərbaycan
Abunə olmaq
Liviya məsələsində Rusiyanın iştirakı ümumi bəyanatlardan və danışıqlarda vasitəçilikdən kənara çıxmayacaq

Aleksandra Zuyeva, Sputnik Azərbaycan

BAKI, 26 dekabr — Sputnik. Liviya xalqı quldur özbaşınalığından yorulub. Mövcud şərtlər altında Qəddafinin oğlu birləşdirici fiqur ola bilər. Bunu Sputnik Azərbaycan-a "FİNAM" şirkətlər qrupunun eksperti Vladislav İsayev Liviyanın mərhum lideri Müəmmər Qəddafinin oğlunun prezident seçkiləri zamanı Moskvadan dəstək istəməsini şərh edərkən deyib. O bildirib ki, Rusiyanın Suriyadakı uğurları Qəddafini belə bir müraciəti etməyə vadar edib.

Официальный представитель министерства иностранных дел России Мария Захарова - Sputnik Azərbaycan
RUSİYA
Rusiyadan Suriya açıqlaması: Vəziyyət çox çətindir

Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi bu günlərdə Moskvadan xahiş edib ki, gələn ilin yazında Liviyada keçiriləcək prezident seçkilərində onun namizədliyinə dəstək versin.

İsayev doktor Qəddafinin Rusiyadan məhz hərbi dəstək istədiyini düşünmür. Onun sözlərinə görə, Suriya prezidenti Bəşər Əsəd məsələsində Rusiyanın hərbi köməkdən çox öz müttəfiqlik öhdəliklərinə sadiq qalması, Qərbin təzyiqlərinə qarşı dayanmağa hazır olması, uzunmüddətli sabitliyin təmin olunması məqsədilə kompromis həll yollarına istiqamətlənməsi xarici müşahidəçilərin nəzər-diqqətini cəlb edib.

Bundan əlavə, ekspert qeyd edib ki, kiçik Qəddafinin arbitr kimi Rusiyaya müraciət etməsi regionda onun statusunu qaldırır. Bu isə Qərb ölkələrini Liviyada vəziyyəti sabitləşdirmək prosesini daha fəal şəkildə dəstəkləməyə və mərhum liderin oğlunu öz təmsilçisi kimi saymağa vadar edir.

"Düşünmürəm ki, bu vəziyyətdə Rusiyanın iştirakı ümumi bəyanatlardan və danışıqlarda vasitəçilikdən kənara çıxacaq" - deyə Sputnik Azərbaycan-ın həmsöhbəti bildirib. O əlavə edib ki, yeni müharibəyə cəlb olunmaq Rusiyanın aşkar maraqlarına cavab vermir.

İsayevin fikrincə, Seyf əl-İslam hələ yerli siyasətdə oyunçu kimi çox zəifdir və Rusiyanın ona önəm verməsi üçün yetərli deyil. Mərhum Qəddafi özü də öz siyasətində müxtəlif qüvvələr arasında manevr etməyə üstünlük verməsi ilə fərqlənmirdi.

Канцлер Германии Ангела Меркель, президент РФ Владимир Путин, президент Турции Реджеп Тайип Эрдоган и президент Франции Эмманюэль Макрон на пресс-конференции по итогам саммита по Сирии. Стамбул, Турция, 27 октября 2018 года - Sputnik Azərbaycan
İstanbul sammiti: Suriya mövzusunda razılığa gəlindi

Lakin ekspert hesab edir ki, kiçik Qəddafi hazırda ölkədə fəaliyyət göstərən iki əsas güc mərkəzi - Tobrukdakı xalq tərəfindən seçilmiş parlament və Tripolidə yerləşən, BMT tərəfindən dəstəklənən milli konsensus hökuməti üçün yaxşı kompromis ola bilər.

Sputnik Azərbaycan-ın həmsöhbətinin fikrincə, ölkə vətəndaş müharibəsindən bezib, insanlar bandit özbaşınalıqlarından yorulublar, çoxları böyük Qəddafi dövrünün xiffətini çəkirlər. Bu şərtlər altında onun oğlu hansısa birləşdirici fiqur rolunu oynaya bilər. O, arxasında güclü hərbi qüvvə olmaması səbəbindən mövcud qruplar arasında manevr etmək, uzlaşma tapmaq məcburiyyətində qalacaq.

Xəbər lenti
0