Bakı ən populyar üç şəhərindən biri seçilib

© Sputnik / Murad OrujovТуристы в Баку, фото из архива
Туристы в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın paytaxtı MDB-də turistlər arasında populyar olan ilk üçlükdə yer alıb

BAKI, 26 dekabr — Sputnik. Bakı rusiyalı turistlərin Yeni il səyahəti üçün üstünlük verdiyi MDB şəhərləri içində TOP-3-lükdə yer alıb. Sputnik Azərbaycan xəbər verir ki, "TurStat" Analitik Agentliyi 2019-cu ilin dekabr və yanvar aylarında Yeni il və qış səyahətləri üçün MDB-nin ən yaxşı şəhərlərinin reytinqini təqdim edib. Bakı MDB-də turistlər arasında populyar olan ilk üçlükdə yer alıb.

Эпидемический грипп и ОРВИ - Sputnik Azərbaycan
CƏMİYYƏT
Batumidə "donuz qripi": Azərbaycanlı turistlər qonşu ölkədə yoluxa bilərlər

Turistlərin qışda səyahət etməyə üstünlük verdiyi MDB şəhərlərinin ilk onluğuna Minsk (Belarus), Bakı (Azərbaycan), Astana (Qazaxıstan), Yerevan (Ermənistan), Almatı (Qazaxıstan), Daşkənd (Özbəkistan), Bişkek (Qırğızıstan), Kişinyov (Moldova), Düşənbə (Tacikistan) və Aşqabad (Türkmənistan) daxildir.

"TurStat"ın məlumatına görə, turistlər MDB şəhərlərinə qışda orta hesabla 3-5 günlüyə səyahət edirlər. Rusiyalı turistlər qışda MDB şəhərlərində və kurortlarda yemək və yaşamaq üçün sutkaya 50 dollardan 100 dollaradək vəsait xərcləyirlər.

Almatı yaxınlığındakı Şımbulak, Azərbaycandakı Tufandağ və Şahdağ, Minsk yaxınlığındakı Loqoysk və Siliçi dağ-xizək kurortları MDB-li turistlər arasında daha çox populyardır.

Bu reytinq turların populyarlığının analizi nəticəsində təqdim edilib.

Xəbər lenti
0