07:49 24 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9323
Azərbaycan nümayəndə heyəti İranda səfərdə olub

Nazir İrana səfər edib

© ARİN-nin mətbuat xidməti
XƏBƏRLƏR
Qısa URL
22 0 0

Görüşdə Azərbaycan-İran əlaqələri müzakirə edilib

BAKI, 26 dekabr — Sputnik. İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İranda səfərdə olub. Sputnik Azərbaycan-a İqtisadiyyat Nazirliyindən daxil olan məlumata görə, nazir İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslamin rəhbərlik etdiyi İran nümayəndə heyəti Astara yükaşırma terminalının tikintisinin gedişi ilə tanış olub.

Bundan başqa Astaraçay çayı üzərində yeni körpünün inşa olunacağı əraziyə baxış keçirilib. 

Azərbaycan-İran əlaqələrindən danışan Ş.Mustafayev son illərdə ölkələr arasında əməkdaşlığın daha da genişləndiyini vurğulayıb.

Azərbaycan nümayəndə heyəti İranda səfərdə olub
© ARİN-nin mətbuat xidməti
Azərbaycan nümayəndə heyəti İranda səfərdə olub

"Təkcə son 5 ildə Azərbaycan və İran dövlət başçıları arasında 12 görüş olub, 100-dən çox qarşılıqlı səfər həyata keçirilib. İndiyədək ölkələrimiz arasında 150-dən çox sənəd imzalanıb. Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı sahələrində 700-dən çox İran şirkəti qeydiyyatdan keçib. Ölkələrimiz arasında ticarət dövriyyəsi 2017-ci ildə 16%, 2018-ci ilin yanvar-sentyabr aylarında isə 73% artıb. Azərbaycan və İran birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil istehsal edilir, Bakıda Azərbaycan-İran klinikası açılıb, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodu tikiləcək" – deyə nazir bildirib.

Görüşdə, həmçinin iqtisadi-ticarət əlaqələrinə, nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsinə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair müzakirələr aparılıb.

Əlaqədar

Çavuşoğlu İrana gözlənilməz səfər edib
Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti İrana səfər edib
Şahin Mustafayev: Ölkədə dərman qıtlığı yoxdur
Teqlər:
nümayəndə heyəti, səfər, İran, İqtisadiyyat naziri Şahin Mustafayev

Əsas mövzular