Dünyanın aparıcı avtomobil şirkətlərindən birinə cinayət işi açılıb

© AP Photo / Matthias SchraderMünhendəki zavod üzərində BMW loqosu
Münhendəki zavod üzərində BMW loqosu - Sputnik Azərbaycan
Abunə olmaq
BMW-nin Cənubi Koreyada avtomobillərinin yanma ehtimalı 14 faiz, Almaniyada 19 faiz, İngiltərədə 17 faizdir.

BAKI, 24 dekabr — Sputnik. Cənubi Koreyada BMW-yə cinayət işi açılıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Almaniya avtomobil istehsalçısı BMW-yə qarşı Cənubi Koreyada satdığı avtomobillərdə yanğın ehtimalını gizlədiyi və geri çağırma prosesini gecikdirməsi səbəbi ilə cinayət işi açılıb.

Reuters-in xəbərinə görə, Cənubi Koreya Nəqliyyat Nazirliyinin açıqlamasında prokurorlar tərəfindən şirkətin fəaliyyətinin araşdırılması istənildiyi deyilir.

Bu araşdırmaya səbəb isə bu il ölkədə yanan çoxsaylı BMW modelləri səbəb olub.

Dünyada 1,6 milyon avtomobili geri çağıran markanın internetdə yayılan BMW videoları üzündən Cənubi Koreyadakı satış ilin 11 ayında 10 faiz azalıb.

BMW məsələ ilə bağlı açıqlamasında dizayn qüsurlarının olduğunu rədd edib və nəzərdə tutulmuş avtomobillərin geri çağrıldığını qeyd edib.

BMW-nin Cənubi Koreyada avtomobillərinin yanma ehtimalı 14 faiz, Almaniyada 19 faiz, İngiltərədə 17 faizdir.

Bundan əlavə BMW Cənubi Koreyanın Mercedes-Benz-dən sonrakı ən böyük idxalatçısıdır.

Xəbər lenti
0