Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Paşinyan Moskvaya gedəcək, Putinlə önəmli görüş gözlənilir

© Sputnik / Mikhail KlimentyevVladimir Putin və Nikol Paşinyan Soçi görüşü zamanı, 14 may 2018-ci il
Vladimir Putin və Nikol Paşinyan Soçi görüşü zamanı, 14 may 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Görüş zamanı tərəflər ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə edəcək

 

BAKI, 24 dekabr — Sputnik. Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan dekabrın 27-i Rusiyaya rəsmi səfər edəcək. Bu barədə Sputnik Azərbaycan Novosti Armenia-ya istinadən xəbər verir.

Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, Paşinyan Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Görüş zamanı tərəflər ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Xəbər lenti
0