CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün Yerin yaxınlığından asteroid keçəcək

© Photo : NASAAsteroid
Asteroid  - Sputnik Azərbaycan
Abunə olmaq
Asteroid bundan sonra bir də 2070-ci ildə dünyanın yaxınlığından keçəcək

BAKI, 24 dekabr — Sputnik. NASA dünyaya yaxınlaşan astereoidin fotolarını yayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, asteroid radarlarla qeydə alınıb.

Fotolar NASA-nın saytında yer alıb. 15-19 dekabrda çəkilən fotolarda asteroid açıq şəkildə görüntülənib.

Qeyd edək ki, "2003 SD220" adı verilen Holiday Asteroidi bu gün dünyanın 2,9 milyon kilometr məsafə yaxınlığında keçəcək.

Bu asteroidin son 400 ildə həyata keçirdiyi ən yaxın keçiş olacaq. Asteroid bundan sonra bir də 2070-ci ildə dünyanın yaxınlığından keçəcək.

Xəbər lenti
0