05:18 26 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Fəridə Əzizova rəfiqəsi ilə

Həmcinsi ilə "nişanlandığı" iddia olunan Aysel: "Şəxsi həyatımızı cəhənnəmə çevirməyin"

© Instagram / farida.azizova
XƏBƏRLƏR
Qısa URL
531 0 0

"Gedən xəbərlər artıq mənim iş və şəxsi həyatıma mənfi təsir göstərir"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 21 dekabr — Sputnik. Bir neçə gün öncə məşhur taekvandoçu Fəridə Əzizova sosial şəbəkələrdə şəkillər paylaşıb. Aysel adlı xanımla şəkillərini paylaşan idmançı, "Həyatınızın hər dəqiqəsini sevin. Ad günün mübarək" - sözlərini yazıb.

Bu şəkillər idmançının izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, taekvandoçunun Aysel xanım ilə səmimi fotoları və şəkillərə yazdığı sözlər izləyicilərində şübhə doğurub. Hətta bəzi izləyicilər şərhdə "nişanlanmısınız?" sualını da veriblər. Amma onların sualları cavabsız qalıb.

Fəridə Əzizova Sputnik Azərbaycan-a açıqlamasında məsələni təkzib edib.

Məsələ ilə bağlı Aysel İsgəndərova da Sputnik Azərbaycan-a açıqlama verib. O bildirib ki, saytların həqiqəti bilmədən, xəbəri dəqiqləşdirmədən, hansısa şəkildən xəbər düzəltmələri doğru deyil.

"Həmin jurnalist nə mənimlə, nə də Fəridə ilə xəbəri dəqiqləşdirmədən məlumat yayıb. Bu, doğru deyil. Yayılan xəbər bizim həyatımıza mənfi təsir göstərir. Axı biz insanlara nə qədər izah etsək də, onlar yenə bizim haqqımızda başqa cür fikirləşəcəklər" - A.İsgəndərova bildirib.

"Mən Fəridənin uzaq qohumu və rəfiqəsiyəm. Həmin gün ad günüm idi. Rəfiqələrimlə ad günümü qeyd elədik və şəkilləri də orada çəkdirmişik. Niyə araşdırılmamış bir xəbərə görə mənim iş və şəxsi həyatımda problem yaranmalıdır? Artıq iş yoldaşlarım zəng edib məndən xəbər haqqında soruşurlar. Bu, mənə xoş deyil" – o, qeyd edib.

Aysel, həmçinin bəzi mətbuat işçilərindən xahiş edib ki, bu tip məlumatları araşdırılmadan xəbər yazıb, insanların şəxsi həyatını cəhənnəmə çevirməsinlər.

Teqlər:
qız, xanım, nişan

Əsas mövzular