Bu gecə Azərbaycana qış gəlir

© Sputnik / Ilham AhmadovQəbələdə qar
Qəbələdə qar - Sputnik Azərbaycan
Abunə olmaq
Ən qısa gündüz, ən uzun gecə olur

BAKI, 21 dekabr - Sputnik. Bu gecə Azərbaycana qış fəsli qədəm qoyacaq. Sputnik Azərbaycan Şamaxı Rəsədxanasına istinadən xəbər verir ki, qış fəsli ölkəmizə dekabrın 22-si saat 02:22:42-də daxil olacaq.

Qış fəslində Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin an üfüqdən minumum hündürlükdə olur. Ən qısa gündüz, ən uzun gecə olur. 

Rəsədxana 2019-cu il üçün fəsillərin Azərbaycana gəlmə vaxtını da təqdim edib. Belə ki, martın 21-də Bakı vaxtı ilə saat 01.58-də yaz, iyunun 21-də saat 19.54-də yay, sentyabrın 23-də saat 11.50-də payız, dekabrın 22-də saat 08.19-da qış gələcək. 

Xəbər lenti
0