Tramp və ailəsi fondun vəsaitini mənimsəməkdə ittiham olundu

© AP Photo / Susan WalshABŞ prezidenti Donald Tramp ailəsi ilə birlikdə Şükran Günündə
ABŞ prezidenti Donald Tramp ailəsi ilə birlikdə Şükran Günündə - Sputnik Azərbaycan
Abunə olmaq
Donald Tramp xeyriyyəçi fond olan Tramp Fondundan sui-istifadədə təqsirləndirilib

BAKI, 21 dekabr — Sputnik. ABŞ prezidenti Donald Tramp və onun 3 övladı xeyriyyə fondunun vəsaitindən sui-istifadədə günahlandırılıb.

Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, Nyu-York şəhərinin təmsilçisi, vəkil Barbara Andervud bu haqda məlumat yayıb. B.Andervudun yaydığı məlumatda qeyd olunur ki, Tramp və onun övladları bu vəsaitlərdən şəxsi və siyasi mənafeləri üçün istifadə edib.

B.Andervud həmçinin itirilən vəsaitin kim tərəfindən ödəniləcəyi məsələsinin də sual altında olduğunu deyib.

"Tramp və ailəsi xeyriyyə fondun vəsaitindən sui-istifadə ediblər. Biz bu iddiaları irəli sürməklə həm də onun göstərməyə çalışırıq ki, qanun hamı üçün eynidir. Bundan sonra isə Tramp Fondu və onun direktorlarının işlərini araşdıracağıq" – deyə vəkil əlavə edib.

B.Anderson itirilən vəsaitin kim tərəfindən ödəniləcəyinin isə sual altında olduğunu vurğulayıb.

Xəbər lenti
0