Piyadanı vurub, hadisə yerindən qaçan sürücü saxlanılıb

© Sputnik / Leyla AbdullayevaPolis maşını hadisə yerində
Polis maşını hadisə yerində - Sputnik Azərbaycan
Abunə olmaq
Əvvəllər məhkum olunmuş Vasif Quliyev polis əməkdaşları tərəfindən saxlanılılıb

BAKI, 19 dekabr — Sputnik. Sumqayıt şəhərində piyadanın xəsarəti ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Piyada hərəkətdə olan maşını təpiklədi - Sputnik Azərbaycan
VİDEO
Piyada hərəkətdə olan maşını təpiklədi

Məlumata görə, dekabrın 17-də saat 20 radələrində Sumqayıt şəhərinin Metallurq küçəsində yolu keçən şəhər sakini Rüstəm Babaşovun müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Yol qəzasının "Hyundai" markalı avtomobillə törədildiyi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Vasif Quliyev polis əməkdaşları tərəfindən saxlanılılıb.

Araşdırma aparılır.

Xəbər lenti
0