12:08 18 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9102
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev

Prezident özməşğulluq layihələrinin maliyyələşməsi üçün 35 milyon manat vəsait ayırıb

© Sputnik / Eldar Tanryverdiyev
XƏBƏRLƏR
Qısa URL
173 0 0

Nazir: "Son 15 ildə ölkəmizdə 2 milyondan artıq yeni, o cümlədən 1 milyon 600 min daimi iş yeri açılıb"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 19 dekabr — Sputnik. Son 15 ildə Azərbaycanda minimum əmək haqqı 5,2 dəfə, orta aylıq əmək haqqı isə 6,6 dəfə artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) V Qurultayında çıxşı zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
© Official website of President of Azerbaijan Republic

"Müasir yanaşmalar və milli iqtisadiyyatın prioritetləri Azərbaycanda innovativ iqtisadiyyatın formalaşdırılması, əmək fəaliyyətinin yaxşılaşdırılması və əhalinin rifahının formalaşdırılması Azərbaycan Prezidenti İlham Əliyevin strateji hədəflərini təşkil edir. Son 15 ildə ölkəmizdə 2 milyondan artıq yeni, o cümlədən 1 milyon 600 min daimi iş yeri açılıb, minimum əmək haqqı 5.2 dəfə artıb. Orta aylıq nominal əmək haqqı isə 6.6 dəfə artıb" - deyə Sahil Babayev bildirib.

Onun sözlərinə görə, bu göstəricilər bir daha sübut edir ki, həyata keçirilən islahatlar, sahibkarlığın dəstəklənməsi istiqamətində dövlətin atdığı əməli addımlar öz nəticəsini verir: "2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı əsasında icrasına başlanılan özməşğulluq layihələrinin maliyyələşdirilməsi üçün 35 milyon manat vəsait ayrılıb. Azərbaycanda 7737 nəfər, o cümlədən 1029 nəfər gənc, 1259 nəfər məcburi köçkün, 816 nəfər ünvanlı sosial yardım alan, 298 nəfər müharibə veteranı, habelə 1309 qadın, 953 nəfər əliliyi olan şəxs bu proqrama cəlb olunub. Proqramın icrası nəticəsində carı ildə 7 minə qədər kiçik sahibkarlıq, ailə təsərrüfatı yaranıb".

Əlaqədar

Azərbaycanlı iş adamı milyardlar qazandı
Hər il 800 min insan iş yerində bu səbəbdən ölür
Bu qadın heç bir iş görməməyə görə maaş alır
Teqlər:
nazir, Sahil Babayev, İlham Əliyev, prezident, Azərbaycan

Əsas mövzular