Dövlət Yol Polisi sürücülərə xəbərdarlıq edir

© Sputnik / Murad OrujovКонференция на тему “Рост смертельных происшествий на дорогах и их профилактика”
Конференция на тему “Рост смертельных происшествий на дорогах и их профилактика”  - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücünün gözünün görmə zonası nəzərə alınmalı – yolda məsafəni nə qədər görürsə, avtomobil o sürətlə idarə etməlidir

BAKI, 19 dekabr — Sputnik. Hava şəraitini nəzərə alaraq, hərəkət iştirakçıları – piyada və sürücülər yollarda diqqətli olmaqla yanaşı, həssas olmalıdır. Günün pik saatlarında havaların yağışlı və çiskinli olması, səhər havanın gec işıqlanması və axşam tez qaralması hərəkət iştirakçılarının görmə qabilliyyətini məhdudlaşdırır. Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsi bütün bunları nəzərə alaraq, hər kəsi yollarda məsuliyyətli olmağa, ictimai təhlükəsizliyin etibarlı olmasına çalışmağa çağırır. 

Sputnik Azərbaycan-a daxil olmuş məlumatda bildirilir ki, hava şəraiti ilə bağlı avtomobil şinlərinin yola sürtünmə vəziyyəti həssas olduğundan, istənilən anda avtomobilin dayanma vəziyyəti adi normadan fərqli olur. Yəni sürtünmə qüvvəsinin tarazlığının pozulmasından asılı olaraq, qəza şəraitinin yaranması qaçılmaz olur. Avtomobilləri "sürət həddi 60"-deyib idarə etmək qanunla nə qədər mümkundursə, şəraitə uyğun olaraq nəqliyyat vasitələrinin idarə edilməsi daha məqsədəuyğun hesab edilir. 

Neftçilər prospektində yeni quraşdırılmış işıqfor - Sputnik Azərbaycan
CƏMİYYƏT
DYP - sürücü mübahisələrinə səbəb olan əsas suallardan birinin cavabı verildi

Sürücünün gözünün görmə zonası nəzərə alınmalı – yolda məsafəni nə qədər görürsə, avtomobil o sürətlə idarə etməlidir. Hər bir sürücü hava şəraitindən asılı olaraq, avtomobilin işıq fanarlarının maksimal və minimal işıqlanma məsafəsinə, vaxtında avtomobilin məcburi dayanmasını müəyyən edən xüsusi nişanların tələblərinə əməl etməlidir.

Yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması ilə bağlı aparılan təhlil və ekspertizalar göstərir ki, hərəkət iştirakçıları digər hərəkət iştirakçısının məsuliyyətinə arxayınlaşaraq hərəkət edir. "Piyadayamsa, sürücü yol verməlidir", "piyada qəfil çıxdı, görmədim", - deyib özünə "haqq" qazandıranlar bilsin və yalnız bundan arxayın olsun ki, hər bir insan öz təhlükəsizliyinə həssas yanaşmalı, yollarda intizamlı olmalıdır.

Yollarda davranış mədəniyyəti həddindən artıq fərdi məsələdir. Ona görə də hər bir insan ölümlə, xəsarətlə, maddi ziyanla, piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrin iştirakçısına çevrilməmək üçün qaydlara, yol polisinin tələblərinə əməl etməlidir.

 

Xəbər lenti
0