Rusiya-Azərbaycan gənclər forumu başlayıb

© © ARGİN-nin mətbuat xidmətiMoskva şəhər Qubkin adına “Neft və Qaz” İnstitutunda sayca 6-cı Rusiya-Azərbaycan gənclər forumu öz işinə başlayıb
Moskva şəhər Qubkin adına “Neft və Qaz” İnstitutunda sayca 6-cı Rusiya-Azərbaycan gənclər forumu öz işinə başlayıb - Sputnik Azərbaycan
Abunə olmaq
İki ölkə arasında qarşılıqlı əlaqələr müzakirə edilib

BAKI, 18 dekabr — Sputnik. Bu gün Rusiyanın paytaxtı Moskva şəhər Qubkin adına "Neft və Qaz" İnstitutunda sayca 6-cı Rusiya-Azərbaycan gənclər forumu öz işinə başlayıb. Sputnik Azərbayan-a Gənclər və İdman Nazirliyindən daxil olan məlumata görə, foruma gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə də heyəti qatılıb.

© © ARGİN-nin mətbuat xidmətiMoskva şəhər Qubkin adına “Neft və Qaz” İnstitutunda sayca 6-cı Rusiya-Azərbaycan gənclər forumu öz işinə başlayıb
Rusiya-Azərbaycan gənclər forumu başlayıb - Sputnik Azərbaycan
Moskva şəhər Qubkin adına “Neft və Qaz” İnstitutunda sayca 6-cı Rusiya-Azərbaycan gənclər forumu öz işinə başlayıb

Tədbir iştirakçıları Azərbaycan və Rusiya arası əlaqələrin möhkəmlənməsində, gələcək inkişafında digər sahələrin olduğu kimi, gənclər sahəsinin də çox böyük əhəmiyyət daşıdığını bildiriblər.

A.Rəhimov Azərbaycanın müxtəlif ölkələrlə qarşılıqlı əməkdaşlığına, inkişafa xüsusi əhəmiyyət verildiyini bildirib. Çıxışının sonunda nazir Azad Rəhimov Forum çərçivəsində müzakirə olunacaq aktual mövzularda gəncləri aktiv olmağa və qarşılıqlı fikir mübadiləsi aparmağa çağırıb.

Qeyd edək ki, forumda Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Rusiya Federasiyası Gənclərlə İş üzrə Federal Agentliyin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Dmitri İvanov və digər rəsmilər iştirak edib.

Xəbər lenti
0