Umayra Tağıyevanın yerinə yeni təyinat

© Sputnik / Shahperi AbbasovaEkologiya və Təbii sərvətlər nazirliyi
Ekologiya və Təbii sərvətlər nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Səyyarə Məmmədova bundan əvvəl ETSN-in protokol sektorunun müdiri vəzifəsində çalışıb

BAKI, 18 dekabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) kadr dəyişikliyi olub. Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, nazirliyin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsinə Səyyarə Məmmədova təyinat alıb. Səyyarə Məmmədova bundan əvvəl ETSN-in protokol sektorunun müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, bundan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva Milli Hidrometeorologiya Departamentinin direktoru vəzifəsinə təyin olunub.

Xəbər lenti
0