Qarabağda erməni hərbçilərin faciəsi davam edir

© Sputnik / Tigran Abrahamyan Qarabağda erməni hərbçilərinin boş səngəri, arxiv şəkli
Qarabağda erməni hərbçilərinin boş səngəri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Son 4 gün ərzində hospitala 5 hərbçi gətirilib

BAKI, 18 dekabr — Sputnik. Ermənistan ordusunun daha bir əsgəri yaralanıb. Sputnik Azərbaycan "Novosti Armeniya"ya istinadən xəbər verir ki, əsgər baş nahiyəsindən yaralanıb.

Məlumata əsasən, yaralanan şəxs 1999-cu il təvəllüdlü Andranik Ovanisyandır. Yaralanan əsgərin vəziyyətinin ağır olduğu bildirilir.

Onun Ararat Hərbi Komissarlığından hərbi xidmətə çağırıldığı qeyd olunur.

Ermənistan Müdafiə Nazirliyinin Yerevanda yerləşən Mərkəzi Klinik Hospitalına gətirilib.

Bununla da son 4 gün ərzində hospitala 5 hərbçi gətirilib.

Xəbər lenti
0