Məşhur qadın yeni doğulan uşağını zibil qutusuna atıb - FOTO

© Sputnik / Ilham AhmadovZibil qabları
Zibil qabları - Sputnik Azərbaycan
Abunə olmaq
Polis hadisə yerinə gedən zaman yeni doğulan körpənin cəsədini tapıb

BAKI, 18 dekabr — Sputnik. Məşhur youtuber Alyssa Dayvult atdığı addım ilə insanları şoka salıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı qadın qanaxma ilə həkimə müraciət edib. Həkimlər qanaxmanın səbəbini aydınlaşdıran zaman məlum olub ki, qadın uşaq dünyaya gətirib və buna görə də şiddətli qanaxma baş verib.

© SozcuAlyssa Dayvult
Məşhur qadın yeni doğulan uşağını zibil qutusuna atıb - FOTO - Sputnik Azərbaycan
Alyssa Dayvult

Araşdırma zamanı o da məlum olub ki, qadın dünyaya gətirdiyi körpəni zibil qutusuna atıb. Polis hadisə yerinə gedən zaman yeni doğulan körpənin cəsədini tapıb.

Araşdırma zamanı o da məlum olub ki, 13 ay öncə də zibil qutusuna atılan körpənin anası Alyssa Dayvault olub.

Xəbər lenti
0