Azərbaycanlı qadınlar Türkiyədə saxlanılıb

© Sputnik / Anar MustafayevДевушка в наручниках, фото из архива
Девушка в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qadınlar ərazi Miqrasiya İdarəsinə təhvil verilib

BAKI, 17 dekabr — Sputnik. Türkiyənin Trabzon rayonunda keçirilən əməliyyat zamanı 12-si azərbaycanlı olmaqla, 25 əcnəbi qadın saxlanılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən gün Trabzonun Ortahisar rayonunda Taşbaşı ərazisində əyləncə mərkəzlərinə əməliyyat keçirilib.

Ümumilikdə 8 məkanda aparılan əməliyyatda 12 Azərbaycan, 3 Gürcüstan, 3 Rusiya, 4 Ukrayna, 1 Özbəkistan və 1 Qazaxıstan vətəndaşı saxlanılıb.

Qadınlar ərazi Miqrasiya İdarəsinə təhvil verilib.

Xəbər lenti
0