09:59 19 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.9020
Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 39-cu iclası başlayıb

Azərbaycan nəqliyyat dəhlizləri məsələlərinə xüsusi diqqət ayırıb

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
29 0 0

"Əminəm ki, QİDƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası əməkdaşlıq məsələlərini müzakirə etmək üçün çox gözəl imkan olacaq

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 dekabr — Sputnik. Xəbər veridiyimiz kimi, Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası öz işinə başlayıb.

Sputnik Azərbaycan bildirir ki, iclasa sədrlik edən Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın QİDƏT-ə sədrlik etdiyi dövrdə regional əməkdaşlıq, xüsusilə nəqliyyat dəhlizləri məsələlərinə diqqət ayırdığını deyib. 

"Əminəm ki, QİDƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası əməkdaşlıq məsələlərini müzakirə etmək üçün çox gözəl imkan olacaq. Gündəliyimiz olduqca zəngindir. Biz təşkilatımızın effektliyinin artırılmasından tutmuş, enerji, tranzit, turizm, kənd təsərrüfatı kimi sahlərdə əməkdaşlıq məsələlərini müzakirə edəcəyik", - deyə Məmmədyarov qeyd edib.

Qeyd edək ki, bu ilin iyulun 1-dən QDİƏT-ə Azərbaycan sədrlik edir. Ölkənin təşkilata sədrliyi “Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi” şüarı altında həyata keçirilib. Azərbaycanın QDİƏT-ə sədrliyi dekabrın 31-də başa çatacaq və sonra Bolqarıstana keçəcək. 

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Türkiyə Respublikasının təklifi ilə 1992-ci il iyunun 25-də İstanbul Bəyannaməsinin imzalanması ilə yaradılıb. Hazırda təşkilatın 12 ölkə - Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna təşkilatın üzvüdür. 14 dövlət və 4 təşkilat QDİƏT-də müşahidəçi statusuna malikdir.

Əlaqədar

Elmar Məmmədyarov Çində işgüzar səfərdədir
Milli Məslisdə ağır ittiham: "Elmar Məmmədyarov istefa verməlidir"
Elmar Məmmədyarov Belarusa gedib
Elmar Məmmədyarov qapalı görüşdən danışdı: "Con Boltondan xahiş etdim ki..."
Elmar Məmmədyarov ABŞ-a gedib
Teqlər:
Elmar Məmmədyarov, xarici işlər naziri, Bakı, iclas, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı

Əsas mövzular