Dəmir yolu xətti ətrafında yerləşən torpaqlarla bağlı yeni qərar verildi

© Photo : Nazirlər Kabinetinin mətbuat xidmətiBaş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası  - Sputnik Azərbaycan
Abunə olmaq
Qərarın icrasına nəzarət Azərbaycan Respublikası NK Aparatının regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilib

BAKI, 13 dekabr — Sputnik. Baş nazir Novruz Məmmədov "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində yeni yol oxu üzrə dəmir yolu xəttinin tikintisi altına düşən torpaqları dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə qərar verib. 

Baş nazir Novruz Məmmədov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Nazirlər Kabineti borclular və pul öhdəlikləri barədə qərar verib

Sputnik Azərbaycan Nazirlər Kabinetinə (NK) istinadla xəbər verir ki, qərara görə, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin ölkə ərazisindən keçən 56 kilometrlik Qasımlı-Astara hissəsində yeni yol oxu üzrə dəmir yolu xəttinin tikintisi altına düşən torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan "Azərbaycan Dəmir Yolları" QSC müəyyən edilib.

Qərarda qeyd edilir ki, "Azərbaycan Dəmir Yolları" QSC bu Qərarın 1-ci hissəsində göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun tələblərinə uyğun olaraq həyata keçirməli və bu barədə NK-ya təkliflər təqdim etməlidir.

Qərarın icrasına nəzarət Azərbaycan Respublikası NK Aparatının regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilib.

Xəbər lenti
0