Qatar qəzasında ölənlərin sayı artıb

© Twitter / Sputnik TürkiyeКадры с места крушения скоростного поезда в Анкаре
Кадры с места крушения скоростного поезда в Анкаре - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə Ankaranın Yeniməhəllə rayonunun Marşandiz dəmiryol stansiyasında olub

BAKI, 13 dekabr — Sputnik. Xəbər veridiyimiz kimi, Ankara-Konya marşrutu üzrə hərəkət edən yüksək sürət qatarının lokomotivlə toqquşması nəticəsində ağır qəza baş verib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 43 nəfər yaralanıb. Bu barədə Ankara valisi Vasip Şahin məlumat verib.

Vali hadisə yerində işlərin davam etdirildiyini bildirib.

​Qeyd edək ki, hadisə Ankaranın Yeniməhəllə rayonunun Marşandiz dəmiryol stansiyasında olub.

Xəbər lenti
0