08:00 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
XƏBƏRLƏR
Qısa URL
34 0 0

Belə çıxır ki, Donald Tramp Brüs Veynin (Betmen) həqiqətdə mövcud olduğunu düşünürmüş

BAKI, 13 dekabr — Sputnik. İngilis aktyor Kristian Beyl ABŞ prezidenti haqqında maraqlı açıqlama verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, sən demə Donald Tramp bu aktyoru həqiqi Betmen bilirmiş. Bunu Beyl deyib. Belə çıxır ki, Tramp bu obrazın həqiqətdə olduğunu düşünürmüş.

Belə ki, 2012-ci ildə “Betmen: "Qara cəngavərin yüksəlişi” filmini çəkən zaman Tramp aktyor Kristian Beyli ofisinə dəvət edib. İş ondadır ki, çəkilişlər Trampa məxsus qüllədə keçirilirmiş.

Aktyor deyir ki, Tramp onu Brüs Veyn (Filmdə Beyl Brüs Veyni - Betmeni canlandırır - red.) bilib: “Çünki Brüs Veyn kimi geyinmişdim. Mənimlə Veyn kimi davrandı.  Mən də oyunu pozmadan davam etdim. Çox əyləncəli idi. O vaxt Trampın prezident olmaq istədiyini bilmirdim”.

Əsas mövzular